“Qızım mənim mahnılarımı dinləmir və bəyənmir. O, xarici mahnıları dinləməyi sevir” - Şəbnəm Əsədova
Median.Az xəbər verir ki,müğənni bu sözləri ATV televiziyasında yayımlanan səhər proqramında söyləyib. Müğənni qızının onun ifa tərzini bəyənmədiyini və dinləmədiyini deyib.Onun bu sənətlə heç əlaqəsi yoxdur.Qızının dizaynerliyə və rəssamlığa həvəsi olduğunu bildirib. Ş.Əsədova eyni zamanda oğlu haqqında olan arzusunu da dilə gətirib.Onun arzusu oğlu Əlini vətənə layiqli güləşçi kimi görməkdir.
Qeyd edək ki,müğənninin iki övladi ,bir qızı və bir oğlu var.