Dünən "5/5"-ə gələn Tacir Şahmalıoğlunun dayısının iddialarını müğənni cavabsız qoymayıb.
Aparıcı Zaur Kamal canlı yayımda Tacirlə telefon bağlantısı yarada bilib. Aparıcı müğənniyə bu məsələdən danışanda Tacir şok olub.
O, eşitdiyi sözlər qarşısında öncə cümlə qurmaqda çətinlik çəksə də, dayısını atdığı addıma görə ciddi ittiham edib. Müğənni bu məsələni ailə daxilində həll etməyin daha uyğun olduğunu "Özünü idarə edə bilmir ki, efirdə çıxıb, bu məsələni danışır" sözləri ilə Nürəddin adlı dayısını qınayıb. Tacir dayısının 85 yaşlı bacısını (Tacirin anasını) ziyarət etmədiyini və 3 il öncə faciəvi şəkildə dünyasını dəyişən qardaşının yas mərasiminə gəlmədiyini xatırladıb.
Qeyd edək ki, dayısı verilişdə açıqlaması zamanı "Tacirin efirdə yalan danışdığını,heç bir qohumuna dəstək olmadığını" demişdi.