"Bu gün Laçının şəhər günüdür. Bu münasibətlə Laçında böyük bir konsert düzənlənəcək".
Bunu Qaynarinfo-ya Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib.
Müğənni bildirib ki, konsertin təşkilatçısı Mədəniyyət Nazirliyidir:
"Burada Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, rəqs kollektivləri, Xalça muzeyinin əməkdaşları, Azərbaycan televiziyasının solistləri iştirak edir. Mənim bir mahnım var - "Laçınımın dağları". Bu mahnının klipi çəkilməlidir. Tədbirin görüntülərdən istifadə edərək həmin klipin tez ərsəyə gəlməsinə çalışacam. Gecədə 2-3 mahnı ifa edəcəm".
Elza Seyidcahan Laçın şəhərinin gözəlliyindən də söz açıb:
"Laçın çox gözəldir. Şəhidlərimizin qarşısında baş əyirəm, qazilərimizə Allahdan rəhmət diləyirəm, şəhid analarının əlindən öpürəm və Prezidentin qarşısına baş əyirəm. Bu gün həm də birinci vitse-prezidentimiz Mehriban Əliyevanın ad günüdür. Mehriban Əliyeva bizim dünənimiz, bu günümüz və sabahımızdır. Bura doğrudan da möcüzədir. Laçında elə gözəliklər yaradılıb ki, sanki bu insanın deyil, mələklərin işidir".