Teymur Əmrah: "Qurum 100 min qazandı, mən isə evə pulsuz getdim" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Teymur Əmrah: "Qurum 100 min qazandı, mən isə evə pulsuz getdim"

Əməkdar artist Teymur Əmrah solo konsert verməməsinin səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni verilişlərin birində bir neçə il əvvəl verdiyi solo konsertindən gəlir əldə etmədiyini deyib:

"2020-ci ildə Heydər Əliyev Sarayında konsertim oldu. Səkkiz günə biletlər satıldı. Fərhad Babayev mediaya dedi ki, 40 ildir buradayam, hələ belə satış olmamışdı. Bir qurum var, adını açıqlamayacağam. İki dövlət idarəsində işləyirəm. Orada iclas oldu, dedi ki, buradan maaş alırsınız, filan konserti verməlisiniz. Heydər Əliyev Sarayı əvvəl 2000, indi 1800 tamaşaçı tutur. Bilet 25 manatdan 100 manata qədər idi. Həmin qurum biletdən 90, 100 min manata yaxın pul götürdü, mənə isə 5 min manat verdilər. Hamısını musiqiçilərə verdim, evə pulsuz getdim".

T.Əmrah bildirib ki, konsert salonlarındakı avadanlıqlar onu qane etmədiyi üçün konsert vermir:

"İndi saraylar, restoranlar var ki konsert təklif edir, razılaşmıram. Dünyada bütün səs rejissorları konservatoriya bitirir ki, səsə düzgün rəng versinlər. Bizdəkilər isə yox. Mən 32 ildir sənətdəyəm, bunu ona qurban verə bilmərəm. Konsertdə fonoqram oxumaq olmaz".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            402 17.07.24 21:58