Elgiz Əkbər "Arb" televiziyasında aparıcısı olduğu " Elgizlə izlə" verilişində şou-biznesdə son dönəmlərdə tüğyan edən qalmaqallardan danışıb.
Teleaparıcı qalmaqalların sənətkarları gözdən saldığını deyib:
"Böyük tərbiyəsizlik baş alıb gedir. İnsanlarda sənət adamlarına inamsızlıq yaranıb. Sənət adamları həmişə hörmətli olub. Bir qrup sənətçi düşüb ortaya. İstədiklərini təhqir edirlər. Efirdə özlərini tərbiyəsiz kimi aparırlar. Müğənnilərin bu çıxışları gənclərə təsir edir".
Onun sözlərinə görə şou-biznesdə bəzi müğənnilər qruplaşma yaradaraq, həmkarlarına meydan oxuyur:
"Tərbiyəsizliklər yığışdırılmalıdır. İnsanın şərəf və ləyaqətini alçaltmaq üçün hərəkətlər edilir. Pul hesabına ətrafına adam yığırlar. Mənə də zəng ediblər ki, biz qruplaşma yaradırıq, kimin tərəfindəsən? Bax belə hallar yaşanır hal-hazırda sənət aləmində".
//azxeber.com