Rusiyanın məşhur “Bi-2” və “Dyuna” qruplarının keçmiş üzvü Viktor Plyavinin ölüm səbəbi məlum olub.
Telekanalın məlumatına görə, 64 yaşlı klaviatura ifaçısı ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib.
“O, ürək çatışmazlığından və orqanın qan təchizatı ilə bağlı problem səbəbindən vəfat edib”, - deyə bildirilib.
Musiqiçinin dəfn mərasimi noyabrın 19-da Moskvanın Yastrebkovskoye qəbiristanlığında baş tutacaq.
Qeyd edək ki, Plyavinin xərçənglə mübarizə apardığı və son zamanlar dostlarının dediyinə görə, tez-tez içki içməyə başladığı bildirilirdi. Sənətçi ölümündən əvvəl 3 ay ərzində səhhəti pisləşdiyi üçün evinə 3 dəfə təcili yardım çağırıb.
Mənbə: ren.tv