Xalq artisti: “Los-Ancelesdə qab-qacaq yuyur, yerləri təmizləyir, ofisiant işləyirdim” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Xalq artisti: “Los-Ancelesdə qab-qacaq yuyur, yerləri təmizləyir, ofisiant işləyirdim” - VİDEO

“ABŞ-yə cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım”.

Bunu Baku TV-nin “Qapqara” verilişində Xalq artisti Miri Yusif deyib.

O, ABŞ-də keçirdiyi vaxtları həyatının ən çətin dövrü adlandırıb:

“Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm. Orada cibimdə pul-para olmadan bəzən çöllərdə, skamyalarda yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim”.

Xalq artisti hər dəfə səhnəyə çıxanda skamyada gecələdiyi həmin anların gözlərinin önündə canlandığını deyib:

“Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Skamyada uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram və uduzmadım, əksinə, qazandım”.

Daha ətraflı videomüsahibədə:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 833 23.10.23 11:29