Qərb tabloidləri Britni Spirsin oktyabrın 24-də işıq üzü görəcək xatirələrini həvəslə öyrənməyə və ulduzun ilk yüksək səviyyəli açıqlamalarını dərc etməyə davam edir. “İçimdəki qadın” kitabında Britni Castini xəyanətdə ittiham edib.
Məlumata görə, o, 1999-2002-ci illərdə birlikdə olduğu Timberleykin başqa bir məşhurla münasibətdə olduğunu iddia edib. Məşuqəsinin adını açıqlamağı lazım bilməyib. Britni bunu qadının artıq ailəli olduğunu və ona pislik etmək istəmədiyini bildirərək əsaslandırıb.
Hazırda şou-biznes Britni Spirsin xatirələrindən ilk açıqlamalara Castin Timberleykin reaksiyasını gözləyir. Xatırladaq ki, aktrisa Cessika Billə xoşbəxt evli olan müğənni Britni ilə münasibətinin təfərrüatını dərc etməyin əleyhinə idi. Hətta vəkil vasitəsilə ondan bunu etməməsini istəmişdi.
Mənbə: super.ru