MDB-də məşhur olan Azərbaycan əsilli repçi Jah Khalib 36 milyon rubl dəyərində olan evini nümayiş etdirib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əsl adı Bəxtiyar Məmmədov olan reper "Müzakirə etmək lazımdır" adlı yutub şou zamanı mənzilini tamaşaçılara ilk dəfə göstərib.
Khalibin sözlərinə görə, iqamətgahı onun atası inşa edib və buradakı bir çox əşyanı öz əlləri ilə düzəldib. O əlavə edib ki, evin daxili dizaynı ilə anası məşğul olur.
Məlumata əsasən, evdə aşağı mərtəbədə muzey yerləşir və burada Bəxtiyar Məmmədovun kliplərində yer alan geyimlər sərgilənir.
Həmçinin, evin xüsusi şərab zirzəmisi də var. Bildirilir ki, içkiləri də məhz Jah Khalibin atası hazırlayır.