Flora Kərimova: "Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram" » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:16 Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi  |     13:12 Elektron siqaretlə bağlı tələblər qoyula bilər  |     13:07 BDU-nun tələbəsi qəzada öldü - FOTO  |     13:06 Bank kartından 10 manat oğurlayan şəxs saxlanıldı  |     13:04 Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi  |     13:03 Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA  |     13:02 Dünya bazarında neft qiymətləri dəyişib  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir  |     12:52 Fransada Olimpiada ilə bağlı məxfi məlumatlar oğurlandı  |     12:35 Marketlərdə yeni tələ: Müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?  |     12:34 Səkkiz nəşriyyat “ChatGPT”ni məhkəməyə verir  |     12:33 Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı  |     12:32 İllər sonra “Arşın mal alan” filminin çəkilişindən olan nadir fotolar üzə çıxıb - VİDEO  |     12:30 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT  |     12:28 Bu gündən tibbi arayışlar elektron formada veriləcək  |     12:27 Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülhün mümkün olacağına inanırıq”  |     12:23 TƏBİB-də yeni təyinat  |     12:06 Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb  |     11:58 Bəstəkar Rövşən Rzayev vəfat edib  |    

Flora Kərimova: "Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram"

"O dövrün mühiti, ab-havası mahnılarda da özünü göstərirdi. Ona görə də o illərin mahnıları indi yoxdur. O mahnıların dövründə münasibətlər də fərqli idi. Gələcəyə ümid var idi. İndi koronavirus, nə-bilim-nə virus insanların ruhunu korlayıb".

Bu sözləri Xalq artisti Flora Kərimova Xəzər TV-də yayımlanan "Kinomən" proqramında deyib. Sənəti ilə bağlı suallara cavab verən müğənni tərifi sevmədiyini söyləyib: "Bunu utana-utana deyirəm: nə filmə, nə televizora baxa bilirəm. Təriflərdən zəhləm gedir. Gözümün önündə o qədər səmimiyyətdən uzaq komplimentlər deyilib ki... Səhnə arxasında isə o müğənnini yıxıb-sürüyüblər. Adam rəhmətə gedib deyə adını çəkmirəm. Onun səhnə davranışından, görünüşündən, danışığından, oxumağından o qədər danışırdılar ki, amma onunla üz-üzə gələndə təriflər söyləyirdilər".

Xalq artisti bildirib ki, səhnəyə yeni addımları atdığı dönəmlərdə yolunu kəsməyə çalışanlar olub: "Yeni gələndə çox çarpışırdılar ki, məni yıxsınlar. "Mama qurban, ay can"la böyüyən uşaq birdən-birə ikiüzlü insanlarla qarşılaşdı. Balaca olanda səhnəyə çıxanda deyirdilər, nələr etdin, səndən yoxdur. Özümü itirirdim, qaçırdım. Birdən-birə ikiüzlülük gördüm. Nə ailədə, nə evdə görmüşdüm".

Əfsanəvi müğənni hərdən bəzi mahnıların yaranma tarixini belə xatırlamadığını qeyd edib: "Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram. Bunu son bir-iki ildə anladım. Buna inanmayacaqsınız, amma həqiqətən belədir. "Gözləməyim, gözləməyim, neyləyim" mahnısını sonradan bilmişəm ki, ilk dəfə mən oxumuşam. Özüm özümün vurğunu olmadığımdan səsimi eşidəndə əsəbləşirdim. Ona görə də "Gün keçdi" filmində səsləndirdiyim "Bir axşam taksidə" saundtrekinin taleyini izləmirdim. Mən özümü bəyənmirdim deyə mahnının taleyi ilə maraqlanmırdım", - deyə əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 772 14.08.20 22:27