“Moskvaya köçməmişəm. “Novruz” bayramı ərəfəsində buraya konsertə gəldik. Üç-dörd proqramıla çıxış etdik, amma məlum səbəblərdən digər konsertləri keçirə bilmədik. Sərhədlər bağlandığından burada qalmalı olduq”.
Median.Az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqrama “Skype” vasitəsi ilə canlı efirə qoşularkən deyib.
“Hələlik Moskvaya birdəfəlik köçmək kimi fikrim yoxdur. Vətəni tərk edə bilmərəm. Osuz da Laçından ayrı düşün Bakıya gəlmişik. Bakıdan da birdəfəlik ayrı düşə bilmərəm”.
Sənətçi Moskvada mənzil kirayələyib, orada oğlu ilə birgə qaldığını söyləyib:
“Üç aya yaxındır ki, ev kirayələmişəm, oğlum Əlhəmlə birlikdə qalıram. Saçlarım da ağarıb. Bir aydan sonra 44 yaşım olacaq”.
F.Laçın oğlu Əlhəmin evlənmək istəmədiyini bildirib:
“Əlhəmin hələ ki evlənmək niyyəti yoxdur. O, ağıllı uşaqdır. Nə zaman evlənmək istəsə, o vaxt özüm onu evləndirəcəyəm. İndi 26 yaşı var, 30 yaşına kimi evləndirmək istəyirəm. O isə mənə deyir ki, “hələ başım xarab olmayıb ki, ailə həyatı qurum”.
Verilişin aparıcısı Zaur Baxşəliyevin “Konsertlərdən sən nə qədər pul qazandın ki, Moskvada qalıb, yeyib-içirsiniz və pul bitmir?” sualına müğənni belə cavab verib:
“Konsertdən qazandığım pul çoxdan bitib. Pis də qazanmadım. Amma Moskvada hər şey Bakıdan qat-qat bahadır. Xərclərimiz çoxdur. Burada dostlarım mənə yardımlar edib, əl tuturlar”.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. O, ötən ilin oktyabrın 29-da azadlığa çıxıb. Sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasına kömək etdiyi üçün həbs olunmuşdu.//oxu.az