Mojo.az Banner
14:19 Sumqayıtda evləri su basdı  |     14:11 Ötən gün axtarışda olan 64 nəfər saxlanılıb  |     14:10 Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb  |     13:58 Sumqayıtda qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     13:56 Biləsuvarda iki həftədə 26 NƏFƏRİ İT DİŞLƏYİB  |     13:56 Əhaliyə XƏBƏRDARLIQ: SEL, daşqın və güclü külək gəlir  |     13:55 Dubay-Marina və "Dubai Internet City" əraziləri sursat qalıqlarından zərər görüb  |     13:53 Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     13:46 Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır  |     13:42 Azərbaycan XİN: "Beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətinə yardımın gücləndirilməsinə çağırırıq" - FOTO  |     13:38 Neftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM - Video  |     13:14 Sumqayıtda 16 yaşlı qız FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ  |     13:10 Küləklə bağlı XƏBƏRDARLIQ: GÜCLƏNƏCƏK  |     13:08 Sumqayıt şəhərində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb  |     23:01 Gürcüstanda dəhşətli qətl: Yeni evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR  |     22:55 Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB  |     22:46 "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi  |     22:40 "Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO  |     22:20 Makrondan Trampa İranla bağlı çağırış - "Hörmət elə"  |     22:16 Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb  |    
Left Banner
Right Banner

Aktyor “alov püskürdü”: Prodüserlər haqqımıza girməklə pul qazanırlar

15.11.2019 23:57 3 222
Aktyor “alov püskürdü”: Prodüserlər haqqımıza girməklə pul qazanırlar
Prodüserlər bizi istismar etməklə, haqqımıza girməklə pul qazanır.

Oxu.Az xəbər verir ki, bunu aktyor Fərhad Səmimi sosial şəbəkə hesabında qeyd edib.

“Belə biznes olmur! Gəl, çalış-vuruş, söhbət pula gələndə “kanal ödəmədi”, “dövlət pul ayırmadı” və ya “ayırıb, amma gecikir” kimi şeylər deyə-deyə hamam suyu ilə pul qazanırlar.

Pul qazanan adam sərmayə qoyub, götürür. Bunlar kimi yox. Onlar artıq prodüser yox, “makler” adlanır.

Problem çox böyükdür. Məncə, yığışıb aktyor, rejissor və ssenaristlərdən ibarət bir konfrans keçirməliyik - prodüserlər xaric. Çünkü onlar bizim xeyirimizə heçnə deməyəcək və etməyəcəklər”, - deyə aktyor bildirib.

F.Səmimi seriallarda heç bir əsası olmadan, xronometraj uzansın deyə, lazımsız və məntiqsiz səhnələrlə üzləşdiklərini də qeyd edib:

“Ssenaristlər də ona görə dəvət olunmalıdır ki, onlara da tutulan əsaslı iradlardan nəticə çıxartsınlar. Çünki şəxsən, mən bilmirəm rolumu oynayım, ya ssenaridə müəyyən dəyişikliklər olunmasını təklif edim.

Başa düşürəm ki, ssenarist bütün aktyorların dilindən yazmamamlıdır. Aktyor özü sözləri özününküləşdirib dilinə yatan tərzdə deməlidir. Amma bir də görürsən ki, problem tək sözlərdə olmur, davamlılıqda və yaxud da xarakterdə elə səhvlərə yol verilir ki...

Bu da dramaturji səhv sayılır. Heç bir əsası olmadan, xronometraj uzansın deyə, lazımsız və məntiqsiz səhnələrlə üzləşirik. Heç kim sinəsinə döyməsin. Sadəcə bu gün bir çox qruplaşmış qüvvələr var ki, deyirlər serial bazarında bizik, Bağdadda kor xəlifə. Dərd orasındadı ki, onların quluna çevirilmişlər çoxdur - bir tikə çörəyə şərəfindən və ləyaqətindən keçənlər!”.

Qeyd edək ki, İctimai Televiziyada (İTV) yayımlanan “Dağıntılar altında” serialında Şahmar obrazını yaradan aktyor maaş qalmqalına görə serialdan ayrılmışdı.

скачать dle 11.3
Mojo.az Banner