Azərbaycanda onkoloji analizlər niyə bahadır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Dünyanın ən qədim kulinariya resepti – Burada tapıldı  |     22:36 2024-cü ildə alınacaq 5 ən yaxşı sərfəli telefon  |     22:29 Azərbaycanlıların BAZAR DAVASI: Ölən var  |     22:23 Bu qidaları südlə birlikdə yemək olmaz  |     22:18 Evdə iki və ya daha çox pişiyi saxlamaq üçün TÖVSİYƏ  |     22:05 Bakıda lüks avtomobil yolda təhlükə saçdı - VİDEO  |     21:57 Mənzillərin təmiri neçəyə başa gəlir? (VİDEO)  |     21:48 Teylor Sviftin konsertinə görə evsiz insanlar şəhərdən qovuldu  |     21:39 Bu il maaşların artırılması gözlənilirmi? - VİDEO  |     21:31 Bakıda ərəb turistdən 100 manat alan bələdçi 200 manat cərimələndi  |     21:25 Qəbul imtahanlarında "ölüm qrupu": Azı 100 bal artacaq?  |     21:19 Alimlər elementinin 79 illik sirri açdı  |     21:08 Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb  |     21:03 Azərbaycanda tələbə dəhşətli qəzaya düşdü  |     21:01 Gürcüstanın səfər sığortası tələbi Azərbaycanın maliyyə bazarına necə təsir edəcək?  |     20:55 Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib  |     20:34 May ayının sonuna olan hava proqnozu açıqlanıb  |     20:26 Bakı Enerji Həftəsində 300 şirkət iştirak edəcək  |     19:59 İranda mədən çöküb, ölən və yaralananlar var  |     19:43 "Mitsubishi"nin robotu Rubik kubunu bir göz qırpımında həll edərək DÜNYA REKORDU QIRDI  |    

Azərbaycanda onkoloji analizlər niyə bahadır?

Günümüzdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə ölüm səbəbi olaraq onkoloji xəstəliklər dayanır. Gün keçdikcə xəstəliyə tutulanların sayı artır və xəstəlik "cavanlaşır”. Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır. Ümumiyyətlə 100-ə yaxın xərçəng növü mövcuddur. Bunların arasında ən geniş yayılmışları hockin limfoması, beyində şiş, melanoma, yumurtalıq, qalın bağırsaq, mədə, ağ ciyər, böyrək, sidik kisəsi və prostat xərçəngləridir.

Mütəxəssislər bildirirlər ki, müasir dövrdə xərçəng xəstəliklərinin yaranma səbəbləri yaxşı məlumdur və bu, yeni xəstəlik hallarının təxminən üçdə bir hissəsinin qarşısını almağa imkan verir. Xərçəng şişi erkən mərhələdə aşkar edildikdə onun uğurlu müalicəsi mümkündür. Bundan əlavə, xərçəngin bir sıra növlərində şişlərin erkən mərhələdə aşkar edilməsi və lazımi qaydada müalicəsi sağalma şansını artırır. Belə ki, məlum kanserogenlərin müxtəlif növləri ilə, o cümlədən tütün tüstüsü ilə kontaktdan çəkinməklə xərçəng xəstəliyinə tutulma hallarının 40 faizə qədərinin qarşısını almaq olar.

Əksər hallarda insanlar xəstəliyinin xərçəng olduğunu öyrənəndə artıq onlarda ümidsizlik yaranır, xəstəliklə mübarizə aparılmır, həyata maraq azalır. Lakin xərçəngə qalib gəmiş insanlar da var.

Həkim Adil Qeybulla modern.az-a bildirib ki, xərçəngə insan deyil, onun situatsiyası, düzgün yanaşması qalib gəlir:

"Xərçəng xəstəliyinin növləri, mərhələləri çoxdur. Məsələn, linfa qramlamatozun qarışıq forması düzgün müalicə olunsa demək olar ki, tam sağalır. Lakin onun klassik forması müalicə olunduqda sağalmır. Ümumiyyətlə, xəstəliyin başlanma dövrü müalicə üçün əsas götürülür. Xəstəliyin erkən aşkarlanması müalicənin daha effektli olmasına kömək edir. Bu xəstəlik cavan insanlarda aqressiv formada, yaşlı insanlarda daha zəif formada gedir”.

Onkoloji xəstəliklərin xəstəxanalardakı analizləri hazırda olduqca bahadır.

Adil Qeybulla deyir ki, qiymətlər insanların cibinə görə bahadır: "Dünyayla müqayisədə analiz qiymətləri o qədər də baha deyil. Sadəcə olaraq dövlət xəstəxanalarında analizlər pulsuz olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, reaktivlər çox bahadır. Ümumiyyətlə, reaktivlərin saxlanma müddəti çox qısa olduğundan onlar xəstənin analizinə görə gətirilir. Məhz buna görə də reaktivlərin qiyməti istər-istəməz analiz qiymətlərinin üstünə gəlir”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 798 08.07.19 12:46