Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

75 yaşında siqareti tərgitmək sizə əlavə 0,7 il ömür verə bilər (ARAŞDIRMA)

09.10.2024 21:35 2 316
75 yaşında siqareti tərgitmək sizə əlavə 0,7 il ömür verə bilər (ARAŞDIRMA)
Miçiqan Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, istənilən yaşda siqareti tərgitmək sağlamlığa fayda verir və ömrü uzadır.

Qaynarinfo xəbər verir ki, tədqiqat "American Journal of Preventive Medicine" (AJPM) elmi jurnalında dərc olunub.

Siqaret tüstüsü bədənin demək olar ki, hər bir orqanına zərər verən və çoxsaylı xərçəng növləri, insult, ürək və ağciyər xəstəlikləri ilə əlaqəli minlərlə zəhərli kimyəvi maddə ehtiva edir.

Mütəxəssislər 10 illik fasilələrlə 35-75 yaş arası insanlarda siqaretin gözlənilən ömür uzunluğuna təsirini ölçüblər. Tədqiqatçılar müxtəlif yaşlarda siqareti tərgitməyin faydalarını göstərən həyat cədvəlləri qurmaq üçün siqaretlə əlaqəli bütün səbəblərdən ölüm hallarının nisbi risklərindən istifadə ediblər.

Heç vaxt siqaret çəkməyən insanlarla müqayisədə 35, 45, 55, 65 və ya 75 yaşlarında olan siqaret çəkənlər bütün ömrü boyu siqaret çəkməyə davam edərlərsə, müvafiq olaraq orta hesabla 9,1, 8,3, 7,3, 5,9 və 4,4 il itirəcəklər.

Ancaq bu yaşların hər birində siqareti buraxsalar, orta hesabla müvafiq olaraq 8,0, 5,6, 3,4, 1,7 və 0,7 il itkidən qaçacaqlar. Nəticələr göstərib ki, 65 yaşında siqareti buraxan insanların təxminən 10%-i buraxmayanlara nisbətən ən azı 8 il daha çox ömür qazanır.

Alimlər qeyd ediblər ki, 65 yaşında tütündən imtina edənlərin ömrünü ən azı bir il uzatmaq şansı 23,4%, 75 yaşında isə 14,2% təşkil edir. Bundan əlavə, 75 yaşına qədər siqareti buraxanların 8%-i siqaret çəkməyə davam edənlərlə müqayisədə ən azı dörd il daha çox ömür qazanır.

Son xəbərlər