Mojo.az Banner
15:38 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ  |     15:36 Yol polisindən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     15:32 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI  |     15:28 İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     13:59 AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi  |     13:54 Mollalar dini biznesə çevirib? – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA  |     13:46 Əlilliyi olanlara "yararlı" rəyi verilir? – RƏSMİ AÇIQLAMA  |     13:44 Dövlət məktəblərində xarici dildə təhsil almaq üçün qəbul qaydası dəyişdi  |     12:45 "Sumqayıt" 50-yə çatdı  |     12:44 Bakıda bir yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada öldü  |     12:43 Qızıl və gümüş ucuzlaşdı  |     12:42 Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ  |     12:40 Ölkədə yağış və güclü külək davam edir - FAKTİKİ HAVA  |     12:38 Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ  |     12:37 Çexiyanın baş nazirinin Azərbaycana səfəri başa çatıb - FOTO  |     12:35 Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək  |     12:32 Azərbaycan nefti ucuzlaşıb  |     12:30 Paytaxtda diqqəti cəlb edən hasarlanmış ərazi: Yeni metro stansiyası tikilir? - Video  |     12:18 Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - Video  |     12:15 Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" (Video)  |    
Left Banner
Right Banner

Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU

22.09.2021 23:29 1 815
Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU
Bəzi qida məhsullarının getdikcə insan orqanizminə mənfi təsiri barədə alimlər yeni-yeni sübutlar tapır.

Median.Az
xəbər verir ki, alimlər bu dəfə ət, yumurta, südün metobolizmi pozduğunu sübut ediblər.

Metobolomika və müasir kompüter texnologiyaları tədqiqatçılara imkan verir ki, istənilən ərzağın və maddənin orqanizmə təsirini öyrənsinlər.

Klivlend universitetinin alimləri ürək tutması və insult keçirın pasiyentlərin qan analizlərini təhlil edib, onları sağlam insanların qanı ilə müqayisə ediblər.
Müasir kimyəvi hesablamalarla onlar xüsusi birləşmə - trimetilaminoksid TMAO aşkarlayıblar.

Sübut olunub ki, qanında TMAO çox olan insanlarda ürək-damar xəstəlikləri baş verir.

TMAO necə, hardan yaranır? Alimlər müəyyən edib ki, qaraciyər trimetilamini TMAO-ya çevirir.

Bəs orqanizmə TMA hardan düşür? Məlum olub ki, bağırsaqlardakı bəzi bakteriyalar xalin adlı maddəyə çevrilir. Xalinin ən yüksək olduğu qidalar isə ət, ət məhsulları, yumurta və süddür.

Heyvan mənşəli qidalar müntəzəm yedikdə insanın bağırsaq bakteriyaları daha çox TMA hasil edir, onlar da qaraciyərə toplanaraq TMAO-ya çevrilir.

Zamanla TMAO damarları tutaraq, ürək tutması, insulta səbəb olur.

Alimlər TMAO-nun ürək-beyin problemlərinə səbəb olması barədə daha tutarlı sübutlar üçün insanlar üzərində uzun müddətli tədqiqat aparıblar.

Onlar 4 min insanı 3 il ərzində müşahidə ediblər.

Nəticələr bir daha sübut edib ki, qanında TMAO birləşməsi çox olanlar insult və infarktdan daha yüksək faizlə ölüb.

Bİr çoxları TMAO yox, xolesterinin ürək-damar problemlərinə yol açdığını hesab edir.

Alimlər buna da açıqlama verib:

"Hesab edirik ki, TMAO qanda səviyyəsi digər ənənəvi risk faktorlarından asılı deyil. TMAO özü ayrılıqda təhlükədir. Həmin insanın qanında xolesterinin az və ya çox olmasından, təzyiqin aşağı və ya yuxarı olmasından asılı olmayaraq, TMAO yüksəkdirsə, infartk və insult da yüksəkdir. Qanda TMAO yüksək olması çox pis nəticə və xəbərdir. Qanda TMAO çoxluğu ürək-damar xəstəliklərindən ölüm riskini 9 dəfə artırır"

TMAO necə artır. Məsələn, orta yaşlı adam bir saat ərzində 2 ədəd yumurta yedisə, qanda TMAO pik həddə çatır.

Beləliklə, bu nəhəng elmi iş sübut edib ki, heyvan mənşəli bir çox qidalar ürək-damar xəstəliklərini artırır. /medicina.azскачать dle 11.3
Mojo.az Banner