Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |     20:19 Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR  |     19:52 Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib  |     19:35 XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"  |    

Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər

Protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əlavəsidir. Onun tərkibində karbon, hidrogen, oksigen və kükürd kimi təbii birləşmələr var. Həmin qida vasitəsi orqanizmdəki enerjini təmin edir, hüceyrələrə və bədəndəki əzələlərə təsir göstərir.

Median.Az
bildirir ki, həkim-diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, proteinin miqdarı hər orqanizmə görə fərqlidir. Protein normada qəbul edilməlidir ki, əks təsirləri olmasın: "Ümumi standartlara uyğun götürsək, hər kiloqram bədən çəkisinə görə 1-1,5 qram zülal qəbul etmək lazımdır. Ancaq bəzən idmançılar, fiziki işlə məşğul olanlar, ağır işdə çalışanlar hər kiloqram bədən çəkisinə görə 2 qram zülal qəbul edə bilərlər. Bu halda onlar artıq orqanizmin faydalı zülal miqdarını təmin etmiş olurlar".

Bəzi idmançılar təbii deyil, süni, yəni toz halında olan proteinlərdən istifadə edirlər. Mütəxəssislər belə qidaların mənfi təsiri olmadığını deyirlər. Hətta mədə əməliyyatı olanlara və yaxşı qidalanmayanlara protein tozunu məsləhət görürlər. Ancaq söhbət tam keyfiyyətli və sertifikatlı qida əlavələrindən gedir. Mütəxəssis deyib: "Bu zaman çox diqqətli olmaq lazımdır, çünki onların əksər hissəsinin tərkibində soya tərkibli geni dəyişdirilmiş zülallardan istifadə olunur və onlar orqanizmdə demək olar ki, mənimsənilmir. Müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükələrə səbəb ola bilər. Eyni zamanda, qidalarla da zülal miqdarının çox qəbul olunması sağlamlıq üçün zərərli ola bilər".

Doğrudur, qəbul edilən proteinlə lazımi maddələri əldə etmək mümkündür, lakin unutmaq olmaz ki, arzu edilən bədən quruluşuna sahib olmaq düzgün qidalanmadan və məşqin keyfiyyətindən də asılıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            759 30.07.21 23:09