Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |     20:19 Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR  |     19:52 Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib  |     19:35 XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"  |    

Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlak bazarına nəzarət məqsədilə qida obyektlərində müntəzəm olaraq monitorinqlər həyata keçirir.

AQTA-dan axar.az-a bildirilib ki, monitorinq zamanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və 28 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Əliyeva Zenfira Əmir Əli qızına məxsus “Sarı Sünbül” iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra nöqsanlar məlum olub.
Belə ki, iaşə obyektində qida məhsullarının saxlanma rejiminə riayət edilmədiyi, təmizlik vasitələrinin emal sahəsində saxlandığı, soyuducu və dondurucu avadanlığın nasaz vəziyyətdə olduğu, soba və tavaların paslandığı və uzun müddət ərzində təmizlənmədiyi, qida məhsulları, avadanlıqlar və əllərin yuyulması prosesinin antisanitar vəziyyətdə olan birgözlü yuma çanağında həyata keçirildiyi, xəmirqarışdıran qurğunun və bişirmə sobalarının korroziyaya uğradığı, səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi, ağzıaçıq tullantı qabından istifadə edildiyi, kanalizasiya xətlərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin fərdi mühafizə vasitələri və xüsusi iş geyimindən istifadə etmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib, soyuducu və dondurucu avadanlıqlarda bir sıra mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            132 17.10.24 22:27