Boyun düzləşməsinə diqqət! - İlk əlaməti... » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |    

Boyun düzləşməsinə diqqət! - İlk əlaməti...

Pandemiyada, evdə qaldığımız müddətdə boyun düzləşməsi kimi duruş problemləri artıb.

Median.Az
xəbər verir ki, türkiyəli mütəxəssis Nurhan Barutçu bununla bağlı məsləhətlər verib:

"İş həyatı, ruhsal durum, yaşam tərzi və yaş duruşumuza təsir edir. Doğru duruş üçün bağlar və əzələlər normada olmalıdır. Duruş səhv olduğu zaman balans pozğunluğuna, yorğunluğa və ağrıya səbəb olur".

"ORQANİZMƏ OLAN TƏSİRLƏRİNƏ DİQQƏT"

"Duruş pozuntuları, kosmetik deformasiya, bədən asimmetriyası, boyun, baş, bel ağrısı, gərgin bel əzələləri, əzələ balansının pozulması, tənəffüs, qan təzyiqi, yuxu problemi, yorğunluq, tənəffüs tutumunda azalma, tarazlıq problemi, düşmə və psixososial problemlərlə qarşımıza çıxa bilər".

''EVDƏ QALDIĞIMIZ ZAMAN ƏN ÇOX RASTLANILAN DURUŞ POZUNTUSU BOYUN DÜZLƏŞMƏSİDİR"

"Normal onurğada boyun bölgəsində C hərfi şəklində döngə vardır. Boyun düzləşməsində bu əyilmə azalmış olur. Bilgisayar və telefon istifadəsinin artması, masa başı çalışma, ayaqda durma, oturma yatma pozisiyasının yanlış olması boyun düzləşməsinə yol açar. Boyun düzləşməsinin ən çox yayılan əlaməti boyun ağrısıdır. Baş, boyun, kürək VƏ qollarda ağrı, uyuşma da ola bilər".

MÜALİCƏ ÜSULLARI

"Boyun düzləşməsinin müalicəsində doğru duruşun öyrədilməsi, boyun hərəkətləri, fiziki müalicədə dərman, quru iynələmə, masaj və əl terapiyası kimi seçimlər arasında ən uyğun müalicə xəstəyə tətbiq edilir.

Ayaqda ideal duruş şəkli; Baş dik, qulaqlar çiyin səviyyəsində, çiyinlər arxada, sinə qabaqda, qarın içəridə, ayaqlar arası məsafənin çiyin genişliyində olduğu pozisiyadır.

İdeal oturma pozisiyası: Çiyinlər dik, kürək, ayaqlar və dizlərin arası 90 dərəcə olduğu oturuşdur.

Bilgisayar arxasında isə baş önə doğru yaslanmamalı, ekran göz bərabərində olmalı, 30 dəqiqədən bir durub gəzmək önəmlidir.

İdeal yatış pozisiyası: Uyğun sərtlikdə kürəyin və belin dəstəkləndiyi bir yataqda ən ideal yatış şəkili ayaqların qarına doğru çəkildiyi, dizlərin qatlanıldığı yan yatış şəklidir. Üzüüstə və kürəküstü yatış şəkilləri əzələ ağrılarına səbəb ola bilər". /medicina.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            345 28.06.21 22:39