Kanada əsilli amerikalı film prodüseri Albert Raddi 94 yaşında vəfat edib. Prodüser "qısa sürən xəstəlikdən” sonra Ronald Reyqan Universitetinin Kaliforniya Tibb Mərkəzində vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press” ailə nümayəndəsinə istinadən məlumat yayıb.
Albert Raddi 1930-cu ildə Monrealda anadan olub. Ailə Nyu Yorka köçdükdən sonra Raddi kimya mühəndisliyi, sonra isə memarlıq üzrə təhsil alıb. Bir müddət sonra televiziyada işləməyə başlayıb. O, "Xaç atası” ("The Godfather”, 1972) və "Milyon dollarlıq körpə” ("Million Dollar Baby”, 2004) filmlərinin prodüseri olub. Bu filmlərə görə Raddi iki dəfə Oskar alıb.
Albert Raddi, həmçinin "Təklif”, "Uoker” seriallarının, "Sümük qıran”, "Çinli polis”, "Kamillanın bal ayı”, "Ölümcül ov”, "Ən uzun yard” filmlərinin prodüseri olub. Raddinin son işi Klint İstvudun "Kişilərin gözyaşları” (2021) filmidir.