Adi su qan təzyiqinə necə təsir edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |     21:13 Bu ərazilərdə böyük söküntü olacaq - Tarix və kompensasiya  |     21:05 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     21:00 Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? - VİDEO  |     20:53 ABŞ Ukrayna F-16-larına xidmət üzrə $265 milyonluq müqaviləni təsdiqlədi  |     20:41 Azərbaycan boksçusu 50 min dollar mükafat qazandı  |     20:33 Atakama xəndəyində yeni dərin dəniz yırtıcısı tapıldı  |     20:27 TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib  |     20:19 Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib  |     20:13 Dəməşqdə komendant saatı ləğv edilib  |     20:04 Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib  |     19:59 Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb  |    

Adi su qan təzyiqinə necə təsir edir

Bir çox insanlar, xüsusən təzyiq xəstələri hələ də bir sadə məsələni bilmir ki, orqanizdə maye, su qıtlığı təzyiqin artmasına səbəb olur.

Biz maye əvəzi çay, kompot, kofe, pivə, şirələr, hər nə oldu içirik, bircə adi suyu içə bilmirik və ya istəmirik. Yanlış olaraq düşünürük ki, şorba, yemək, çay, qəhvə elə su təminatını ödəyir.

Median.Az medicina.az-a istinadən bildirir ki, hipertoniklərə, eləcə də zaman-zaman təzyiqi bir qədər yüksələnlərə mümkün qədər adi, təmiz su qəbulunu artırmaq məsləhət görülür.

Bəs təzyiqin qalxmaması üçün nə qədər su içmək lazımdır?

Mütəxəssislər bildirir ki, sutkada 1 litr təmiz su kifayətdir, digər içkilər bura aid deyil.

Bəs az su içdiyinizi və orqanizmdə su çatışmadığını necə bilmək olar. Sadə bir analizlə. Qanın hematokrit analizi. Əgər hematokrit kifayət qədər yüksək çıxıbsa, deməli, siz çox az su içirsiz.

Çıxış yolu sadədir. gün ərzində 1 litr, 1 litr 200 ml su için. Amma gecə yatmazdan əvvəl içməyin. Tədricən bu təzyiqinizi normaya salacaq. Eləcə də özünüzü daha yaxşı hiss edəcəksiz.

Hipertoniklər arasında yanlış inanc var ki, su çox içəndə ürək qanı qova bilmir, ayaqlar şişir və əksinə təzyiq qalxır.

Bəli, bu baş verir, bu o halda olur ki, xəstə həddən artıq çox duz və duzlu qidalar, şoraba və s. yeyir. Əgər siz çox su içdikdə şişirsizsə, bu elə sizin duz məsələsində səhv etdiyinizi göstərir və deməli, duzu azaltmalısız.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 447 20.02.20 21:53