Şimali Avropa ölkələrindən Ukraynaya hərbi, maliyyə və humanitar yardım indi 17 milyard avroya çatıb.
Bu barədə Stokholmda keçirilən üçüncü Ukrayna-Şimali Avropa sammitinin birgə bəyanatında yer alıb.
“Bu günə qədər Şimali Avropa ölkələri Ukraynaya 17 milyard avrodan çox hərbi, maliyyə və humanitar yardım göstərib”, - deyə bildirilib.