Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq, dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - 36,5. Dəyişikliyə əsasən isə yaş həddi 31,5-ə endirilir.