Mojo.az Banner
15:17 Sabah bu ərazilərdə qaz olmayacaq  |     14:49 Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu  |     14:33 "Dərnəgül"də obyekt yanır - Video (Yenilənib)  |     14:29 Bakıda qarlı hava şəraiti ilə əlaqədar neçə nəfər xəsarət alıb?  |     14:12 Samuxda 10 kiloqram narkotik vasitəni satmaq istəyən şəxs ələ keçdi  |     14:12 UEFA Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt Frankfurt"la qarşılaşır  |     13:08 Finlandiyada sabit telefon xidməti ləğv edilir  |     13:07 Ağsuda zəlzələ olub  |     12:50 Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər  |     11:13 Vəzifəli şəxsləri şantaj edən "reket jurnalist"lə bağlı QƏRAR  |     10:58 Qarlı hava şəraitində respublikanın avtomobil yollarında SON VƏZİYYƏT  |     23:02 Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: mütəxəssislər səbəbini izah edir  |     22:58 Uşaqlar üçün olan bu məhsul bahalaşdı  |     22:50 Bu halda sürücüləri 40 manat cərimə gözləyir - Video  |     22:45 "ChatGPT"də reklamlar necə yayımlanacaq?  |     22:41 Azərbaycanın təhvil verdiyi erməninin pasportu yox imiş  |     22:33 2 179 abonentin qazı kəsiləcək  |     22:27 Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO  |     22:21 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     22:00 Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar  |    
Left Banner
Right Banner

Rusiya hərbi gəmiləri Bakı buxtasında

27.06.2024 17:28 1 017
Rusiya hərbi gəmiləri Bakı buxtasında
İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.

Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.скачать dle 11.3