Mojo.az Banner
22:33 Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan çıxarıldı  |     22:20 Füzulidə mina partlayışı: Ölən var  |     22:16 Sabah Sumqayıtda 2000 abonent qazsız qalacaq  |     22:06 Əli Xameneinin öldüyü deyilən həyat yoldaşının sağ olduğu bildirilir  |     21:59 "Onu basdırdım, silahı dənizə atdım" - Ərini qətlə yetirən qadın  |     21:51 Rusiya səfiri Azərbaycana təşəkkür etdi  |     21:46 Azərbaycanda dollar ucuzlaşa bilər?  |     21:40 Xəlil Köçərli vəfat etdi  |     21:32 Vətəndaşları işə düzəltmək adı ilə dələduzluq - 300 min manat...  |     21:25 Məktəbdə müəllim işinə düzəldəcəyi adı ilə vətəndaşları aldatdı  |     21:20 Vətəndaşlar onlayn kredit götürülməsini birdəfəlik bloklamaq imkanı əldə edəcək  |     21:13 Daha bir tiktoker həbs edildi  |     21:07 İsrail SEPAH komandirini Livanda öldürdü  |     20:59 "Krokus" terrorunu törədən 15 nəfərə ömürlük həbs cəzası verildi  |     20:53 Azərbaycanda quş qripinə qarşı epizootoloji monitorinq keçiriləcək  |     20:46 Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməyənlər cəzalandırılacaq  |     20:41 İcra hakimiyyətlərində kütləvi ixtisarlar niyə artır? - Video  |     20:34 İran bu ölkənin Hörmüz boğazından keçməsinə icazə verdi  |     20:29 Rusiya Azərbaycan vasitəsilə İrana dərman göndərir  |     20:21 Azərbaycanda könüllü kredit qadağası olacaq  |    
Left Banner
Right Banner

Ermənilər azərbaycanlı əsgərin meyitin yandırdı - 18+VİDEO

29.12.2020 20:26 1 857
Ermənilər azərbaycanlı əsgərin meyitin yandırdı - 18+VİDEO
Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur:

"Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu Cenevrə Konvensiyalarının və digər humanitar hüquq normalarının tələblərini hələ də kobud şəkildə pozmaqda davam edir. Hesab edirik ki, Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədi üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb. Halbuki, Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb".

"Bu baxımdan qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin dəstələri tərəfindən törədilmiş bu cinayət əməlini qəti şəkildə pisləyir və beynəlxalq təşkilatları insan hüquqlarının kobud pozulmasına səbəb olan bu kimi qeyri-insani hərəkətlərə göz yummamağa çağırırıq", Ombudsman Aparatından bildirilib.скачать dle 11.3
Mojo.az Banner