Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tamamilə başa çatıb.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda yerləşməni tam şəkildə başa çatdırıb və qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb”, - deyə S.Şoyqu bildirib.
Müdafiə naziri bildirib ki, ümumilikdə 250 təyyarə uçuşu icra olunub, 1960 hərbçi və 552 texnika daşınıb, 23 müşahidə postu yerləşdirilib. Laçın dəhlizi və yolun Xankəndiyə qədər olan 28 kilometrlik hissəsi tam şəkildə partlayıcı predmetlərdən və vurulmuş texnikalardan təmizlənib.
Bizimlə əlaqə saxlayın