İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən şəxslərdən daha bir neçəsi ilə bağlı məlumat paylaşılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları - fondun Şəmkir filialının baş mütəxəssisi Ucal Hacıyev, fondun Qax filialının baş mütəxəssisi Nurlan Seydəlili, 1 saylı ərazi filialının şöbə müdiri Fərrux Təvəkkülzadə Vətən Müharibəsində iştirak ediblər.