Paşinyan məğlub erməni ordusuna öz xalqı üzərində “qələbə şansı” verir » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |    

Paşinyan məğlub erməni ordusuna öz xalqı üzərində “qələbə şansı” verir

İrəvanda Azadlıq meydanında müxalifətin “Paşinyana istefa” şüarları ilə müşayiət olunan etiraz aksiyaları ilə yanaşı hökumət binası qarşısında bir qrup şəxs erməni baş nazirə dəstək nümayiş etdirir.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Maraqlısı budur ki, sözügedən şəxslər arasında hərbçilərin üstünlük təşkil etdiyi bildirilir. Bu isə dərhal Nikol Paşinyanın bir neçə gün əvvəl “divar dibində ulayan”larla mübarizə aparmaq üçün hərbçiləri İrəvana dəvət etməsini yada salır. Görünür erməni baş nazir cəbhədə məğlub olan “qəhrəman hərbçilərə” bu sindromun öhdəsindən gəlmək üçün erməni xalqı üzərində “qələbə şansı” vermək istəyir.

Hökumət binası qarşısında Paşinyan hakimiyyətinə dəstəyə qalxan erməni hərbçilər hər şeydə günahı keçmiş hökumətin üzərinə atır. “Bizim baş nazirimizi satqın adlandıranlar əslində bizə qarşı çıxır” deyirlər.

Nikol Paşinyan hökumətinin Ermənistanı əlində saxlamaq üçün müxalifətə qarşı hərbçilərdən istifadəsi bu ölkənin qarşıdakı günlərdə daha dərin böhran içində olacağını və qarşıdurmaların güclənəcəyini söyləməyə imkan verir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 188 18.11.20 19:46