Semyon Uralov: “Paşinyan heç olmasa çox sayda insanın ölümünə görə mühakimə edilməlidir" - MÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |    

Semyon Uralov: “Paşinyan heç olmasa çox sayda insanın ölümünə görə mühakimə edilməlidir" - MÜSAHİBƏ

“Mən heç vaxt Azərbaycanda olmamışam, ancaq Ermənistanda olmuşam. Burada mənimlə Qarabağ münaqişəsi barədə danışmağa çalışdılar. Mən həmişə vəziyyətə qarşı tərəfin gözü ilə baxmağı təklif etdim. Azərbaycan SSR məğlub oldu. Bakıda ittifaq mərkəzinin köməyinə ümid edirdilər, İrəvan isə Sovet İttifaqından çıxmaq yolunu tutdu. İndi Ermənistan milli alçalmanı yaşayır, vəziyyət kökündən dəyişib”.

Bu sözləri Media.Az-a müsahibəsində rusiyalı politoloq, SONAR-2050 analitik layihəsinin şef-redaktoru Semyon Uralov deyib.

“Rusiyada ümid edirlər ki, mövcud atəşkəs uzunmüddətli bir sülh olacaq və yeni müharibə mərhələsinə keçməyəcək. İndi nə baş verdi? “Kazan formulu” və “Madrid prinsipləri” üzrə razılaşmaların həyata keçirilməsi yalnız hərbi yolla mümkün oldu. Bununla yanaşı, Azərbaycan yalnız yeddi rayonu deyil, həm də Şuşanı, Hadrutu və Qarabağın dağlıq hissəsindəki digər yaşayış məntəqələrini də azad etdi. Eni beş kilometr olan Laçın dəhlizi saxlanılır və Zəngəzur vasitəsilə “kontinental” Azərbaycanla Naxçıvan arasında dəhliz açılır.

Ermənistanda böhrandır, çox sayda bəyanatlar, qışqırıqlar və fəryadlar eşidiləcək. Lakin buna diqqət yetirməyin bir anlamı yoxdur. Razılaşmaların yerinə yetirilməsinin əsas qarantı Rusiyadır. Ermənistan əhalisinin yarısı olmasa da, ən azı üçdə biri bizim ərazimizdə yaşayır. Azərbaycanlılar da çoxdur. Rusiyada Azərbaycan və erməni əsilli artistlər, alimlər, oliqarxlar var. Xalqlarımız yüzillərdir bir-biri ilə inteqrasiya olunub. Bütün bunlar yekun həllə kömək edəcək”, - deyə ekspert bildirib.

Ekspert həmçinin Nikol Paşinyanın son günlər yenidən Qarabağın müstəqilliyinin tanınması ilə bağlı köhnə ritorikasına qayıtması barədə sualı da cavablandırıb:
“Bu, hər zaman erməni tərəfinə işarə etdiyim şizofreniyadır. Özün etmədiyini başqalarından tələb etmək olmaz. Ermənistanın qəti bir mövqeyi yoxdur, bu səbəbdən də Paşinyan kimi Sorosun tör-töküntülərinin hakimiyyətə gəlməsi mümkün olur. Bakıda Ermənistanın baş nazirinə tamamilə düzgün qiymət verildi. Qafqazda öz sözlərinə görə cavab vermək lazımdır, Nikol Paşinyan isə zəiflik və iradəsizlik üzündən öz sözlərinə görə cavab vermir. Şəxsi fikrim budur ki, Paşinyan heç olmasa çox sayda insanın ölümündə günahkar olduğuna görə mühakimə olunmalıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 437 17.11.20 21:17