Qarabağdakı atəşkəs razılaşması həyata keçirilir, hərbi əməliyyatlar yoxdur.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrin komandanı general-leytenant Rüstəm Muradov bildirib.
Onun sözlərinə görə, vəziyyət tədricən sabitləşir.
General-leytenant həmçinin Qarabağda Rusiya hərbçilərinin müşahidə məntəqələrinin yerləşdirilməsinin noyabrın 14-də başa çatacağını bildirib.
“Mərkəzi hərbi dairənin 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı briqadası bu gün təmas xətti boyunca bütün müşahidə məntəqələrinin yerləşdirilməsini tamamilə başa çatdırır”, - deyə o, vurğulayıb.