Mojo.az Banner
23:02 Hər gün yoqurt yesəniz, bağırsaqda nə baş verər?  |     22:54 Goranboyda minik maşını traktora çırpıldı, xəsarət alan var  |     22:48 Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu  |     22:40 İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək  |     22:36 Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır  |     22:29 Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir  |     22:24 Şirvanda 36 yaşlı şəxs toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb  |     22:06 Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT (Video)  |     21:58 Qurban Qurbanov: "Bəhlula Çin klublarından təkliflər var"  |     21:44 Salyan sakini dəm qazından boğularaq ölüb  |     21:43 Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi  |     21:29 "Şerloks"da ad günü keçirən şəxs həbs olunub: "Hesab artıq gəlib..."  |     21:21 Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur?  |     21:16 Bazar günü Bakıda 8 dərəcə isti olacaq  |     21:09 Azərbaycanla Çin arasında 5 milyardlıq ticarət dövriyyəsi  |     21:04 Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb  |     20:56 ABŞ Azərbaycana hansı hərbi məhsullar satacaq?  |     20:51 84 yaşında da gündəmdə: Flora Kərimovanın arxiv görüntüləri (Video)  |     20:42 Ucuz və etibarlı: Yeni başlayanlar üçün ən yaxşı 10 avtomobil  |     20:35 Qara və ya yaşıl çay: Orqanizm üçün hansı daha faydalıdır?  |    
Left Banner
Right Banner

Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR, CƏDVƏL (FOTO)

29.11.2024 13:15 1 068
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR, CƏDVƏL (FOTO)
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 703 min 180 kiloqram qabıqlı şabalıd gətirilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul idxalına 1 milyon 472 min 720 ABŞ dolları vəsait xərclənib. İdxal olunan məhsulun bir kiloqramının orta qiyməti 2,09 dollar (3 manat 56 qəpik) təşkil edib.

Azərbaycana şabalıd satan ölkələr və onun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:





Bəhs olunan dövrdə Azərbaycandan bir ölkəyə şabalıd ixrac olunub. Rusiyaya 1 170 dollar dəyərində, 390 kiloqram miqdarında şabalıd satılıb ki, bunun da bir kiloqramının orta qiyməti 3 dollar (5 manat 10 qəpik) olub.

Rəsmi mənbələrdə olan məlumata görə Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan idxal şabalıdın bir kiloqramının orta qiyməti 11 manat 16 qəpik təşkil edib. Bu da, idxal olunan qiymətdən 7 manat 60 qəpik (3 dəfədən çox) bahadır.
скачать dle 11.3