Dünən sosial şəbəkələrdə cəbhə bölgəsindən videosu yayılan Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi olmuş Daşdəmirov Xəzər Asif oğlu ilə bağlı universitet açıqlama yayıb.
Sözügedən videoda adı çəkilən universitetin prorektou Günhan Hüseynli Qafqazinfo-ya açıqlamasında, “Mənə salam göndərən əsgərimizə eşq olsun”, - deyərək universitet rəhbərliyinin Xəzər Daşdəmirovla bağlı müsbət qərar verdiyini və tezliklə məsələnin həll olunacağını bildirib.