Sabahdan Müasir Reabilitasiya Mərkəzi yaralı hərbçilərə xidmət göstərəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 BakuBus-un içinə yağış yağır - VİDEO  |     22:39 Bu qurumlarda işçilərə “13-cü maaş” veriləcək  |     22:08 Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi  |     21:47 Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi  |     21:30 Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib  |     20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |     18:18 35 yaşlı vəkilə parlamentdə vəzifə VERİLDİ - FOTO  |     18:02 Dekabr ayının hava proqnozu - Yağış, qar, 17 dərəcə şaxta...  |     17:50 Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir  |     17:25 Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb  |    

Sabahdan Müasir Reabilitasiya Mərkəzi yaralı hərbçilərə xidmət göstərəcək

"Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət yetirir və qayğı göstərir. Bu qayğının nəticəsidir ki, ölkə başçısının tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən səkkizmərtəbəli reabilitasiya mərkəzi inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həmin mərkəzin döyüşlərdə iştirak edib yaralanan hərbçilərə xidmət göstərməsi qərara alınıb. Səhiyyə və Müdafiə nazirlikləri həmin təşəbbüsü dəstəkləyərək qərara alıblar ki, Vətən müharibəsində iştirak edib yaralanan hərbçilərə sabahdan etibarən həmin mərkəzdə xidmət göstərilsin. Əminəm ki, bu mərkəzdə reabilitasiya keçən hərbçilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşa biləcəklər".

Median.Az
-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Mərkəzin Baş direktoru Mürsəl Mürsəlov isə bildirib ki, Reabilitasiya Mərkəzində eyni anda 200 hərbçiyə xidmət göstərilməsi nəzərdə tutulub: “Burada hərbçilər reabilitasiya, fizioterapevtik və digər ixtisaslı həkim müalicəsi təmin olunacaqlar. Bura ən müasir avadanlıqlarla təchiz olunub. Həmin avadanlıqlar ölkəmizdə bir çox müəssisələrdə mövcud deyil. Eyni zamanda, xəstələrə yüksəkixtisaslı həkimlər xidmət göstərəcəklər. Mərkəzdə əsasən dayaq-hərəkət sistemində problemi olan xəstələr müalicə alacaq və mütəxəssislər onların yaxın zamanlarda normal həyata qayıtmaları üçün əllərindən gələni edəcəklər. Burada əsas məqsəd hərəkət məhdudiyyəti olanların bərpası, müalicəsi və normal həyata qayıtmasına nail olmaqdır”.

Onun sözlərinə görə, mərkəzdə ətrafların hərəkətini tam və ya yarımçıq itirənlərin, psixi durumunda problem olanların normal həyata qaytarılması nəzərdə tutulub: “Müharibədə aşağı və yuxarı ətraflarda ciddi xəsarət alan, onları itirənlərin ilk növbədə psixoloji durumu normallaşdırılmalıdır. Müharibə yeni bitib, protezlərlə təminat növbəti mərhələdə olacaq. Xəstələrin qəbulu Müdafiə Nazirliyinin göndərişləri əsasında həyata keçiriləcək. Reabilitasiya dövrü minimum iki həftə olacaq. Lakin ola bilər ki, həmin müddət uzadılsın”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            795 12.11.20 19:34