Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlarda istifadə ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |    

Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlarda istifadə ediləcək

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 və Mi-4 helikopterləri Qarabağdakı münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasına nəzarət edəcək.

TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Helikopterlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək üçün sülhməramlı əməliyyatlara cəlb ediləcəklər”, - məlumatda bildirilib.

Müdafiə Nazirliyindən qeyd edilib ki, helikopterlər maddi-texniki avadanlıqların və sülhməramlı kontingentin şəxsi heyətinin çətin relyefi olan ərazilərə çatdırılmasında da iştirak edəcək.

Xatırladaq ki, noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan birgə bəyanat imzalayıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            669 12.11.20 13:39