Mojo.az Banner
22:56 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək  |     22:49 Bakı Dünya Çempionatına ev sahibliyi edəcək  |     22:40 Vaxtı keçmiş kosmetik məhsullar sağlamlıq üçün risk yaradır (XƏBƏRDARLIQ)  |     22:35 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi - FOTO  |     22:27 Polkovnikə vəzifə verildi  |     22:22 Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video  |     22:14 Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başladı  |     22:07 "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu  |     22:02 "Vüsal 300"ə hökm oxundu  |     21:56 İtkin düşən aktyor ölü tapıldı  |     21:51 Sabahdan Azərbaycanda bayram tətili başlayır  |     21:43 ""TikTok"da boşanmanı, xəyanəti reytinq aləti kimi istifadə edirlər" - Komitə sədri  |     21:37 Naxçıvanda külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi  |     21:30 Azərbaycanda məktəb və bağçalarda suçiçəyi xəstəliyi yayılır - Video  |     21:25 15 minə yaxın şəxsə proaktiv pensiya təyin edilib  |     21:16 Bakının mərkəzində sağlam ağacları kəsiblər? - Video  |     21:08 DMX Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət etdi  |     21:03 İspaniyada daha bir hantavirus hadisəsi aşkarlandı  |     20:55 Bakıda evin mətbəxi əşyaları ilə birlikdə kollektorun üzərinə düşdü - Video  |     20:51 "Milan"ın hücumçusu antirekorda imza atdı  |    
Left Banner
Right Banner

Baş Konsulluqdan erməni lobbisinin təzyiqlərinə məruz qalan həmyerlimizlə bağlı AÇIQLAMA

31.10.2020 16:49 1 398
Baş Konsulluqdan erməni lobbisinin təzyiqlərinə məruz qalan həmyerlimizlə bağlı AÇIQLAMA
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Los-Anceles Şerif Departamentinin əməkdaşı Fəxri Mirzəquliyevin iddialarına münasibət bildirib.

Konsulluqdan bildirilib ki, Los-Anceles Şerif Departamentinin əməkdaşı Fəxri Mirzəquliyevin öz “Facebook” hesabında yerləşdirdiyi postla tanış olublar:

“İlk növbədə, erməni lobbisi tərəfindən F.Mirzəquliyevə edilən təzyiqləri şiddətlə qınadığımızı bildiririk. Bununla bağlı, artıq Baş Konsulluq Şerif Departamentinə müraciət edərək, F.Mirzəquliyevə qarşı erməni lobbisinin apardığı məkrli və irqçi kampaniyanın rədd edilməsini və onun hüquqlarının tam şəkildə müdafiə olunmasını tələb edib.

Bundan başqa, vətəndaşımıza qarşı bu irqi ayrı-seçkiliyin qınanılması və lazımi tədbirlərin görülməsi üçün müvafiq insan haqları təşkilatlarına da tərəfimizdən müraciət hazırlanmaqdadır”.

“Eyni zamanda, bildiririk ki, F.Mirzəquliyev məsələ ilə bağlı Baş Konsulluqla nə yazılı, nə də şifahi şəkildə əlaqə saxlayıb. Baş Konsulluq məsələ ilə bağlı yalnız onun “Facebook” postundan və üçüncü mənbələrdən xəbər tutub.

Bildiririk ki, Baş Konsulluq daim Azərbaycan icmasının yanındadır və həmişə olduğu kimi, indi də hər bir məsələdə öz səlahiyyətləri çərçivəsində yardım göstərməyə hazırdır.

Lazım olan dəstəyin aydınlaşdırılması və vətəndaşımıza qarşı törədilən bu haqsızlığın qarşısının alınması üçün F.Mirzəquliyevin Baş Konsulluqla mümkün qədər qısa zamanda əlaqə saxlamasını xahiş edirik (+13104449101, +13104474616).

Ümumiyyətlə, vətəndaşlarımızın hər hansı problem ilə üzləşdiyi halda Baş Konsulluqla birbaşa əlaqə saxlamaları vacibdir.

Qarabağda müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad edərkən, arxa cəbhənin əsgərləri olaraq, yarım milyonluq erməni icmasının yaşadığı Los-Anceles kimi mürəkkəb bir yerdə, hər gün radikal erməni lobbisinin birbaşa hədə, təhdid və təzyiqləri ilə üzləşən Baş Konsulluq, dörd diplomatdan ibarət kiçik bir heyətlə gecə-gündüz çalışaraq, Qarabağ həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaqdadır.

Bu səpkidə indi bu ümummilli məsələdə bir-birimizə dəstək olmanın və birliyin həmişəkindən daha vacib olduğunu qeyd edərək, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər barədə yerli ictimaiyyəti məlumatlandıran hər bir icma üzvümüzə də təşəkkür edirik.

Biz yalnız birlikdə güclüyük!”, - deyə məlumatda qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner