Hikmət Hacıyev: "15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır"
"Videoda Ermənistanın uşağı əsgər işə götürdüyü göstərilir. İstintaq tələb edilir.
15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur. @UNICEF @ ICRC"
Median.Az xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.