Ermənilər Tərtər rayonunu raket mərmilərindən atəşə tutmağa davam edir.
Baku TV xəbər verir ki, bu gün səhər saatlarında əraziyə atılan raket mərmilərindən biri, havadaca zərərsizləşdirilib. Nəticədə əraziyə düşən zərərsizləşdirilmiş mərmi, yarımtikilini dağıdıb.
Sakinlərin sözlərinə görə, hər kəs öz işi ilə məşğuldur. Heç kim ermənilərin atdığı mərmilərdən qorxmur və yaşayış yerlərini tərk etmir.