Litvalı jurnalist: “Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |    

Litvalı jurnalist: “Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib”

Məşhur “delfi.ru” saytının litvalı fotojurnalisti Vidmantas Balkunas Dağlıq Qarabağ münaqişə zonasından hazırladığı reportajlar silsiləsində Ermənistanın bir sıra yalanlarını ifşa edib.

Trend-in məlumatına görə, jurnalist Xankəndidə və Şuşada yaşayış yerlərində, eləcə də digər mülki obyektlərin içərisində və ya yaxınlığında raket qurğularının yerləşdirildiyini yazıb.

Jurnalist bildirib ki, Xankəndidə çoxmənzilli binaların birinin zirzəmisində dinc sakinlərin sığındığı vaxtda, digər bölmədə hərbi formalı şəxslər danışıqlar aparır. Həmçinin, yaşayış bölgələrində raket qurğuları gizlədilib:

“Belə olan halda oyunun bütün qaydalarını qəbul etmək lazımdır. Əgər sizin raket qurğularınız şəhər parkında yerləşirsə və düşmən atəşi ilə məhv edilirsə, o zaman dinc sakinlər həlak olur deyə şikayət etmək lazım deyil. Ya da Şuşada hərbi sursatların gizlədildiyi mədəniyyət evinə zərbə endirdiyi üçün düşməni necə ittiham etmək olar? Şəhərkənarı qəsəbədə S-300 qurğusunun yerləşdirilməsini necə izah etmək olar?”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            915 23.10.20 19:59