Düşmən tərəfindən işğal olunan torpaqlarımızda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Belə ki, Ağdam rayonunda beş, Cəbrayıl rayonunda beş, Füzuli rayonunda beş, Kəlbəcər rayonunda dörd, Laçın rayonunda beş, Qubadlı rayonunda beş, Şuşa rayonunda dörd, Xocavənd rayonunda iki, Zəngilan rayonunda isə beş məktəbdənkənar təhsil müəssisəsi yerləşib.
Bu barədə Azərbaycanın Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, işğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən səkkiz məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb.
Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır:
- Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi
- Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi.
Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb.
2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.