Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |    

Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR

“Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edəcək.

Sığortaolunanların fərdi uçotu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə agentliyin elektron informasiya sisteminə ötürülməsi yolu ilə həyata keçirilir. Beləliklə, sığortaolunanın fərdi uçot məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir.

Fərdi uçot hər bir şəxsin sığortaolunan kimi identifikasiyası və icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən istifadə hüququnun təmin edilməsi məqsədilə aparılır.

Sığortaolunanların fərdi məlumatları əsasında onlara dair ödənilmiş və hesablanmış sığorta haqları, sığorta ödənişlərinin məbləğləri, ödənilməli olan sığorta haqları, icbari tibbi sığorta şəhadətnaməsi barədə məlumat fərdi şəxsi hesablarında toplanılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 21.10.20 18:05