Malayziya qəzeti: “Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |    

Malayziya qəzeti: “Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır”

Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda çox nüfuzlu nəşrlərdən biri olan “New Straits Times” qəzeti oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə qarşı törətdiyi ballistik raket hücumu ilə əlaqədar məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır” adlı məqalədə Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin həmin gün verdiyi bəyanatından bəhs olunub.

Məqalədə, həmçinin cari il sentyabrın 27-dən başlayaraq Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri qısa müddət ərzində Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli raket hücumu edib. Bu hücum nəticəsində 13 nəfər həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb.

Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququn, eləcə də elan olunmuş humanitar atəşkəsin tələblərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cinayətə görə tam məsuliyyət daşıdığı vurğulanıb.

Məqalənin sonunda qeyd edilib:

“Terroru dövlət siyasətinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiyinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin olunacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 554 20.10.20 12:25