Ermənistanın raket və artilleriya atəşləri məktəb və yaşayış evində yanğınlara səbəb olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:37 Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB  |     13:00 İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb  |     12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |    

Ermənistanın raket və artilleriya atəşləri məktəb və yaşayış evində yanğınlara səbəb olub

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda yerləşən məktəb binasında yanğına səbəb olub. Yanğın nəticəsində sinif otağının bir hissəsi yanıb. Məktəbin qalan hissəsi əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğından mühafizə olunub.

Bundan başqa, Tərtər rayonunda fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Lakin ərazi düşmən tərəfindən davamlı atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112 - qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 278 14.10.20 21:19