Yaşayış məntəqələrimizi hədəfə alan düşmən raketləri ordumuz tərəfindən sıradan çıxarılıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:37 Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB  |     13:00 İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb  |     12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |    

Yaşayış məntəqələrimizi hədəfə alan düşmən raketləri ordumuz tərəfindən sıradan çıxarılıb - FOTO

Oktyabrın 14-də Hərbi İnformasiya Mərkəzində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri üçün təşkil olunan brifinqdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinə məxsus operativ-taktiki komplekslərin taktiki xüsusiyyətləri və onların imkanları barədə məlumat verib.

Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, brinfinqdə çıxış edən general-mayor İ.Əliyev 9K72 operativ-taktiki raket kompleksinin (OTZK) 8K14 raketi ilə birgə canlı qüvvəni, idarəetmə məntəqələrini, aerodromları və digər əsas obyektləri məhv etmək üçün təyin olunduğunu bildirib. Qeyd edib ki, bu kompleks silahlanmaya 1967-ci ildə qəbul edilib. Raketin atəş məsafəsi 50-300 kilometr, maksimal uzaqlığa uçma vaxtı 5 dəqiqə, start çəkisi 5862 kiloqram, doldurulmamış raketin çəkisi isə 2076 kiloqramdır. Uzunluğu 11 metr 164 santimetrdir. Korpusunun diametri 881 millimetrdir. Kompleksin ümumi çəkisi 37 ton, döyüş heyəti 8 nəfərdən ibarətdir.

Xüsusi vurğulanıb ki, 8K14 raketi reaktiv maye mühərrikli, ayrılmayan döyüş hissəli, avtonom idarəetmə və qəza partlayış sistemli ballistik raketdir. Raket fuqaslı 987 kiloqram həcmli partladıcı döyüş hissəsi ilə təchiz olunub. Həmin döyüş hissəsi bir hektara qədər ərazidə döyüş texnikasını və şəxsi heyəti məhv etməyə qadirdir. Uçuş trayektoriyasının hündürlüyü uzaq məsafəyə atılanda 86 kilometr, yaxın məsafəyə atış zamanı isə 24 kilometrdir. Uçuş vaxtı 165-313 saniyədir.

Düşmənin silahlanmasında olan taktiki və operativ taktiki raket sistemlərinin hədləri barədə fotoslaydlar əsasında məlumat verən İ.Əliyev diqqətə çatdırıb ki, oktyabrın 11-də Mingəçevir və Gəncə şəhərlərinə zərbələr endirilib. Fotoşəkillərdən də göründüyü kimi, əgər bu raket atılsaydı, o hətta Bakının da ətrafına düşə bilərdi. Burada böyük infrastrukturlar daxil olmaqla zərbə endirilə bilərdi. Ötən gün bu sistemlər Dağlıq Qarabağ ərazisinə keçsəydi, həmin sistemlərin atəş məsafəsi Bakını da ötə bilərdi.

Əldə olunan kəşfiyyat məlumatları əsasında müəyyənləşdirilib ki, Ermənistan tərəfindən atılan “Toçka-U” raketi Xankəndi ətrafındakı Ballıca yaşayış məntəqəsinin yanından start mövqe tutaraq oradan zərbə endirib. Mülki yaşayış məntəqələrimizə atılan bu ballistik raketlərin bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib. Amma səmərəli mübarizə ondan ibarətdir ki, həmin ballistika raketlərin buraxıcı qurğuları raketlər buraxılmamışdan əvvəl yerdə məhv edilməsini nəzərə alaraq Azərbaycan Ordusu ballistik raketlərin buraxıcı qurğularına və onları dəstəkləyən infrastruktura qarşı müxtəlif növ kəşfiyyat və zərbə vasitələrindən istifadə edərək xüsusi əməliyyatlara başlayıb.

Beləliklə, ballistik raketlərə qarşı xüsusi əməliyyatların nəticəsində oktyabrın 12-də saat 14 radələrində işğal altındakı Qubadlı rayonu ərazisində bir ədəd “Toçka-U” raketi məhv edilib. Oktyabrın 14-də gecə saat 01 radələrində iki ədəd və səhər 08:30 radələrində bir ədəd olmaqla ümumilikdə üç ədəd “Elbrus” ballistik raket qurğusunun raketləri ilə birlikdə ordumuz tərəfindən aşkarlanaraq məhv edilib.

General-mayor İ.Əliyev bildirib ki, 300 kilometr atış məsafəsinə malik “Elbrus” ballistik raketi kifayət qədər ön cəbhəyə gətirildiyi zaman Bakı şəhərinə çatacaq uçuş məsafəsinə də malikdir. Əgər Dağlıq Qarabağ ərazisinə o gətirilsəydi, hansı dağıntılara səbəb ola biləcəyi aydın təsəvvür etmək mümkündür. Əldə edilmiş kəşfiyyat məlumatları əsasında Dağlıq Qarabağda yerləşən 1-ci ümumqoşun ordusunun tərkibində belə hərbi hissənin olmadığını bilirik. Bu silah Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin hərbi hissə Stepanavan şəhərində yerləşir.

Sonra hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilən həmin sistemlərin döyüş mövqeyi tutduğu, köməkçi avtomobillərin də yaxınlaşdığı və raketlərin atışa hazırlandığı əks olunan video nümayiş olunub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            909 14.10.20 20:58