Hazırda işğal altında olan Şuşa şəhərində məskunlaşan ermənilərin təxminən 80 faizi şəhəri tərk edib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, döyüş əməliyyatları başlayana qədər şəhərdə beş min nəfər yaşayıb.
Əhalinin əsas hissəsi Ermənistanın şəhər və qəsəbələrinə köçürülüblər. Qalanlardan heç kim xəsarət almayıb. Hazırda şəhərdə əsasən orta yaşlı şəxslər qalıb.