“Qoy, o (Nikol Paşinyan - red.), Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”.
Baku TV xəbər verir ki, Prezident İlham Əliyevin dediyi bu sözlər Ermənistana qanunsuz olaraq silah-sursatla təmin edilməsi məsələsini yenidən gündəmə gətirib.
Məlum olub ki, sutka ərzində İrəvana 20-dən çox hava reysi həyata keçirilib. Bu reyslərlə Ermənistana silah-sursat yardımı göndərilib.