Müdafiə Nazirliyindən verilən məlumata əsasən, 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.
Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aşağıdakı qurumlar ianələr köçürüb:
“BOS Shelf” – 1 000 000 AZN
SOCAR – 17 000 000
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC – 1 000 064 AZN
Azərbaycan İlahiyyat İnstitutu - 7200 AZN
Bakı Ali Neft Məktəbi – 11 000 AZN
Lənkəran şəhəri “Yeni Ev” ticarət mərkəzinin sahibkarı Ağayev İlqar Eyyub oğlu - 5000 AZN
Qərbi Kaspi Universiteti – 100 000 AZN