“Sky News Arabia” telekanalında Ermənistanın Azərbaycan şəhərlərində mülki əhaliyə qarşı törətdiyi cinayətlər və raket hücumları barədə reportaj yayımlanıb.
Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar danışıb.
O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və buradakı islam mədəni irsini məhv etdiyini diqqətə çatdırıb.
Həmçinin, Prezidentin köməkçisi sentyabrın 27-dən başlayaraq, Ermənistanın Azərbaycanda mülki əhalini atəşə tutduğunu qeyd edib.