Mojo.az Banner
20:10 Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 100 milyonluq “yeyinti”  |     20:02 Lavrovun İrana səfəri planlaşdırılır  |     19:57 Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     19:50 Şənbə günü 39 dərəcə isti olacaq  |     19:45 Maşın piyadanı vurub öldürdü - Video  |     19:36 8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - Video  |     19:30 İran "Amazon" məlumat mərkəzinə hücum edib  |     19:20 Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib  |     19:05 “Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı  |     18:55 Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)  |     18:51 Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu  |     18:46 Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı  |     18:42 "Space TV"dən bank hesablarına həbs qoyulması ilə bağlı AÇIQLAMA (Yenilənib)  |     17:36 2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb  |     17:29 Azərbaycanda hakimlərin fəaliyyəti ilə bağlı QƏRAR  |     17:12 ADY: Tbilisi istiqamətində növbəti əlavə vaqonların istismarı üçün iş aparılır  |     17:03 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE  |     16:49 Son altı alda neçə nəfər Azərbaycana ekstradisiya edilib?  |     16:22 Baş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib  |     16:03 Qonaq getdiyi qohumunun evini taladı  |    
Left Banner
Right Banner

Millət vəkili: “Fransa həmsədr olduqca sülh prosesinin müsbət nəticə verəcəyini gözləmək əbəsdir”

02.10.2020 19:00 1 949
Millət vəkili: “Fransa həmsədr olduqca sülh prosesinin müsbət nəticə verəcəyini gözləmək əbəsdir”
“Azərbaycan cəmiyyətində zaman-zaman ATƏT-in Minsk qrupunun vasitəçilərinin dəyişilməsi ilə bağlı tələblər və çağırışlar səslənib. Həmsədrlərdən biri - Fransa Prezidenti Makronun nümayiş etdirdiyi açıq tərəfkeşlik göstərir ki, bu ictimai tələb haqlı olub”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emanuel Makronun Dağlıq Qarabağ problem ilə bağlı səsləndirdiyi son bəyanatlarını şərh edən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

E.Allahverdiyevin sözlərinə görə, Fransa Azərbaycanın xarici siyasətində hər zaman önəmli yer tutub. Dövlət başçımız dəfələrlə Fransada rəsmi səfərdə olmaqla bu dövlətə xoş münasibətini nümayiş etdirib:

“Fransa biznesi Azərbaycan iqtisadiyyatında təmsil olunur və bir sıra iri layihələrin iştirakçılarıdır. Fransanın neft şirkətləri hələ “Əsrin müqaviləsi”nin imzalanmasından bizim neft sektorumuzda təmsil olunublar. Azərbaycan dövləti tərəfindən Fransa şirkətlərinə hər zaman xoş münasibət bəslənilib və onların ölkəmizdə işləməsi üçün hər cür şərait yaradılıb. Azərbaycan Fransaya yatırımlar edib. Azərbaycan dövləti bu ölkədə son illər bir sıra layihələr həyata keçirib, tarixi yerlərin bərpasına maliyyə vəsaiti ayrılıb”, - deyən deputatın fikrincə, bu ölkənin liderinin davranışı sadəcə təəssüf doğurur.

“Fransa həmsədr olaraq neytrallığını qorumalı və tərəfkeşlik etməməlidir. Birincisi, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğal olunmuş torpaqlarımız da daxil olmaqla. İkincisi, Fransa Dağlıq Qarabağdakı xunta rejimini tərəf kimi tanımayıb. Üçüncüsü, Fransa BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun işğal olunmuş torpaqlarımızdan çıxmasına dair dörd qətnaməsinə səs verən beş dövlətdən biridir”, - deyən millət vəkili soruşur:

“Bu halda Makronun açıq şəkildə Ermənistana və separatçılara dəstək verməsini necə başa düşməliyik? Makron deyir ki, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə imkan verə bilməzlər. Bu bəyanatı vasitəçi dövlətin başçısı nə səbəbdən deyir?”

Elnur Allahverdiyevin sözlərinə görə, indiyədək Fransanın heç bir prezidenti belə bəyanat verməyib:

“Bu, ilk növbədə Fransanın özünün beynəlxalq aləmdəki nüfuzu və reputasiyası üçün ləkə və qüsurdur. İndidən belə dünyada Fransaya ədalət baxımından etibar etmək olarmı?”

Deputatın dediyinə görə, Makron tək Azərbaycan deyil, bir sıra digər ölkələrin də daxili işlərinə müdaxilə edir:

“Hazırda Belarusun daxili siyasi həyatına təsir edən bəyanatlar verir. Rusiyanın daxili işlərinə qarışır. Qardaş Türkiyənin suveren hüquqlarını təhdid edir. Sual olunur ki, nə səbəbdən həmsədrlərdən yalnız Makron canfəşanlıq edir? Niyə Rusiya və ABŞ-dan bu davranışı görmürük? Ola bilsin, Makron bunu gələcək seçkilərə görə edir ki, ölkəsindəki erməni lobbisinin dəstəyini itirməsin. Ancaq onun bu davranışı heç bir halda Fransa kimi dövlətin rəhbərinə yaraşmır və təəssüf doğurur”.

E.Allahverdiyevin fikrincə, dünya ictimaiyyəti qarşısında sərt və konkret tələb qoyulmalıdır:

“Biz qəti şəkildə Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişilməsi və Fransanın bu “üçlük”dən uzaqlaşdırılmasını tələb etməliyik. Azərbaycan cəmiyyətində Makrona etimad yoxdur və bu, Fransanın vasitəçilik missiyasına kölgə salır. Bir tərəfdən bizi danışıqlar masası arxasına oturmağa çağırırlar, digər tərəfdən isə həmsədrlərdən birinin lideri açıq-aşkar tərəfkeşlik edir. Fransa prezidentinin bu hərəkətləri problemin sülh yolu ilə nizamlanma perspektivlərini heçə endirir. Fransa həmsədr olduqca, sülh prosesinin müsbət nəticə verəcəyini gözləmək əbəsdir”.

E.Allahverdiyev deyib ki, görünür, XXI əsr olmasına baxmayaraq, Fransa tarixindən ibrət çıxarıb, bir dövlət olaraq dünyagörüşündə dəyişiklik edə bilməyib:

“Bu ölkə Əlcəzairdə soyqırımı törətmiş ölkədir. Fransa 132 ilə 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı törədib. Belə tarixi olan ölkədən sülh naminə vasitəçilik gözləmək olarmı?”

Xatırladaq ki, Fransa Prezidenti Azərbaycanı hərbi əməliyyatlarda “Suriyadan gətirilən terrorçuları istifadə etməkdə” suçlayıb. Daha sonra isə bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə imkan vermək olmaz.скачать dle 11.3
Mojo.az Banner