Mojo.az Banner
17:58 Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir  |     17:41 Buraxılış imtahanının nəticələri elan olundu  |     17:38 6 nəfər imtahandan xaric olunub - RƏSMİ  |     16:46 KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - Video  |     16:42 İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT  |     16:31 Türkiyədə cinayətkar qrupa qarşı böyük əməliyyat: "Cəhənnəm Necati"nin əlaltıları tutuldu  |     15:52 "Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblər  |     15:32 Bu gündən balıq ovu QADAĞANDIR  |     15:30 Təranə Əhmədova Səhiyyə Nazirliyindəki vəzifəsindən getdi  |     15:28 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA  |     15:17 Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA  |     15:09 İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb  |     13:08 Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     13:07 Azərbaycan nefti ucuzlaşdı  |     12:53 Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? - Hakimdən İZAH  |     12:34 Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi  |     12:04 Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA  |     12:02 Bir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİK  |     12:00 Qazaxıstanda bəzi əcnəbilərə "Qızıl viza" veriləcək  |     11:55 Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI  |    
Left Banner
Right Banner

Röya: Oğlum atasına oxşayır – MÜSAHİBƏ

10.01.2018 13:40 8 234
Röya: Oğlum atasına oxşayır – MÜSAHİBƏ
Əməkdar artist Röya Ayxanın boş vaxtından istifadə edib, qaçaqaçın içində oğlu Hüseynin məktəbinə yollandıq.

Yolboyu onunla oğlu haqqında qısa söhbət etdik.

Median.Az həmin müsahibəni təqdim edir:

– Hüseyn gözümüzün qarşısında böyüdü. Artıq ikinci sinfə gedir...

– Çox xoşbəxtəm ki, evimdə oğlum böyüyür. Bu gün mən dünyanın ən xoşbəxt anasıyam. Hərdən məni yuxudan ingilis dilində dediyi şeirlərlə oyadır. Dərslərini yaxşı oxuyur. Allahıma gecə-gündüz dua etsəm, azdır. Tanrı bütün anaları öz balasından sevindirsin.

Röya: Oğlum atasına oxşayır – MÜSAHİBƏ


– Bildiyim qədərilə, bir neçə dil bilir...

– Bəli, artıq Azərbaycan dilini də sərbəst öyrənib. Rus, ingilis və fransız dillərində danışır.

– Oğlunuza yetərincə zaman ayıra bilirsiniz?

– Hüseyn bilir ki, anası müğənnidir. Zamanımın çoxunu səhnədə, studiyada, çəkilişlərdə keçirirəm. İşimlə əlaqədar tez-tez səfərlərdə oluram. Amma Hüseyn bunu anlayışla qarşılayır. Çünki dünyaya o mühitdə göz açıb. Mən də bütün qalan vaxtlarımı Hüseynlə keçirirəm. O, mənimlə yaşadığına görə xüsusi günlərdə, bayramlarda, məktəb yığıncaqlarında həmişə oğlumun yanında oluram.



– Hüseyn atasına daha çox oxşayır, yoxsa sizə?

– Hər ikimizin xasiyyətindən bir az götürüb. Məsələn, atası kimi bütün günü futbola baxır (gülür). Qonaq, dosta dəyər verməsi məsələsində isə eynilə mənə çəkib. İstəyir ki, dostları gəlsin, əylənsin. Birlikdə vaxt keçirsinlər.

– Evdə gəlib bəh-bəhlə bəhs etdiyi qız sinif yoldaşı var?

– Yox, sinif yoldaşlarının valideynləri ilə sıx münasibətimiz var. Adətən, məktəbdə nə olub, bitir, kim hansı dərsdə, necə reaksiya verib deyə müzakirələr edirik. Məsələn, Burhanın (Hüseynin sinif yoldaşı – red.) anası deyir ki, Burhan evə gəlib, hansısa qızdan danışır. O, hansı dərnəyə yazılıbsa, Burhan da həmin məşğuliyyəti seçir. Amma dediyim kimi, mənim oğlum belə şeylərə baş yormur (gülür).



– Gələcəkdə onun həyat yoldaşı seçiminə qarışmağı düşünürsünüz?

– Qətiyyən, oğlum kimi seçsə, onunla da ailə həyatı quracaq.

– Hüseynin arzuları nələrdir?

– Ən böyük arzusu ABŞ-da oxumaq və oranın prezidenti olmaqdır (gülür). Ona deyirəm ki, hər kim olursansan ol, ən önəmlisi, insan ol.



– Röya bir ana kimi özünü necə tərənnüm edir?

– Nə vaxt ki, övladım, öz ailəsinə, dostlarına, ən vacibi, vətəninə, yaşadığı ölkəyə lazımlı və layiqli insan olacaq, bax, o zaman deyəcəyəm ki, mən anayam.
















Mənbə: oxu.azскачать dle 11.3
Mojo.az Banner