Mojo.az Banner
23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib

02.05.2026 13:51 729
Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib
Şəki rayonunun ucqar Qozlubulaq kəndində canavarların təsərrüfatlara hücumu nəticəsində 30 başa yaxın qoyun-quzu tələf olub.

Median.Az
AZƏRTAC-a istinadla xəbər verir ki, hücum kənd sakini Orxan Babayevə məxsus təsərrüfat da daxil olmaqla bir neçə sakinin təsərrüfatına olub.

İlkin məlumata görə, yırtıcılar xırdabuynuzlu heyvanların bir hissəsini parçalayaraq məhv edib, bir neçəsini isə yaralayıb.

Təsərrüfat sahibi Orxan Babayev bildirib ki, hadisə səhər tezdən baş verib. Onun sözlərinə görə, canavar hündürlüyü iki metrdən artıq olan hasarı aşaraq tövləyə daxil olub və 10 baş qoyunu yerindəcə məhv edib, daha 13 baş heyvanı yaralayıb. Yaralı heyvanların yaşaması sual altındadır. O, həmçinin canavarın bir baş qoyunu aparmasının şahidi olduğunu qeyd edib.

O.Babayev əlavə edib ki, ailə bütün vəsaitini qoyunçuluğun inkişafına yönəldib və təsərrüfatın saxlanılması üçün xeyli xərc çəkib. Onun sözlərinə görə, dəyən ziyanın məbləği təxminən 20 min manat təşkil edir.

Qeyd edək ki, Qozlubulaq kəndi Şəki şəhərindən təxminən 70 kilometr məsafədə yerləşir və sakinlərin əsas məşğuliyyəti qoyunçuluq və əkinçilikdir. Kənd ətrafında dərə və təpəliklərin çoxluğu yırtıcı heyvanların fəallaşmasına şərait yaradır.

Kənd sakini Rahim Əhmədov bildirib ki, sakinlər heyvanlarını örüşə apararkən təhlükəsizlik məqsədilə bir neçə nəfərlə birlikdə hərəkət edirlər. Onun sözlərinə görə, bəzi hallarda canavar hücumlarına qarşı çoban itləri də aciz qalır.

Kənd icra nümayəndəsi Niyaz Şirinov bildirib ki, tələf olan heyvanlar baytar həkimlərin nəzarəti ilə kənd kənarında xüsusi ayrılmış ərazidə basdırılıb, zərərçəkən təsərrüfatlarda dezinfeksiya işləri aparılıb.

O, həmçinin qeyd edib ki, bəzi sakinlər hələ də mal-qaranı sığorta etdirməyə laqeyd yanaşır ki, bu da belə hallarda ciddi maddi itkilərlə nəticələnir.скачать dle 11.3
Mojo.az Banner