Dəniz suyu ilə müalicə haqqında 7 mif » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:31 Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşdi  |     16:51 Bekhem Messini buna görə ABŞ-a aparıbmış  |     16:38 "Həmin şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi" - 143 milyonluq mənimsəmə  |     16:30 Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı açıqlanıb  |     16:29 "Dollar Nizami"yə hökm oxundu  |     16:25 Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?  |     16:17 Azərbaycanda düyü bahalaşacaq? (AÇIQLAMA)  |     16:11 XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"  |     16:10 "Çudo Peçka"nın dövlətə 150 min manatdan çox borcu var  |     15:50 Qəza zamanı ölən uşağın ailəsinin bağışlamadığı şəxsə hökm oxundu  |     15:40 "TikTok" "YouTube"yə meydan oxuyur: 1 saatlıq videolar gəlir  |     15:37 Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     15:13 Xankəndiyə prokuror təyin edilib - FOTO  |     15:11 Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı  |     15:08 Şəkərli diabet xəstələrini işdən çıxarmaq QADAĞANDIR? - HÜQUQİ İZAH  |     15:07 DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"  |     15:06 Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib  |     14:07 Atmosferi çirkləndirən obyektlər cərimələnib  |     13:55 Sumqayıtda 51 yaşlı qadın döyülüb, telefonu əlindən alınıb  |     13:37 Helikopter qəzasında həlak olan İran XİN başçısının səlahiyyətlərini kim icra edəcək?  |    

Dəniz suyu ilə müalicə haqqında 7 mif

Çoxları dənizdə təkcə istirahət etmək deyil, həm də müalicə olunmaq istəyir. Dəniz suyu ilə müalicə talassoterapiya adlanır.

Dəniz suyu tərkibinə görə insan qanının plazmasına oxşayır. O, dərinin məsamələrindən qana keçib orqanizmi minerallarla zənginləşdirir. Dəniz suyunun müalicəvi təsiri haqqında çoxsaylı miflər mövcuddur...

Median.Az AZƏRTAC-a istinadla dənizdə çimməyin faydaları haqqında populyar yeddi mifi nəzərdən keçirməyi təklif edir.

Mif 1. Dənizdə mümkün qədər çox çimmək.

Dənizdə çimməyin ideal vaxtı 10-15 dəqiqədir. Bu qədər vaxt orqanizmdə su-duz mübadiləsi prosesini işə salmağa yetərlidir.

Dənizdə çimmə daha uzun sürərsə, bədənin soyuması və soyuqdəymə riski artır. Məsələ bundadır ki, duzlu su şirin suya nisbətən istini daha çox udur.

Mif 2. Dəniz suyu nə qədər isti olsa, bir o qədər yaxşıdır.

Sağlamlıq üçün temperaturu 20-24 dərəcə olan suda çimmək faydalıdır. Temperatur dəyişmələri və sərin suda fiziki fəallığın artması talassoterapiyanın mütləq şərtidir.

Lakin hər bir xəstəliyin müalicəsinə müəyyən temperaturlu dəniz suyu lazımdır. Artıq çəkidən əziyyət çəkənlərə mübadilə proseslərini stimullaşdıran sərin su tövsiyə olunur.

İlıq su ürək yığılmaları ritmini yavaşıdır, isti su, əksinə, sürətləndirir. Unutmayın ki, temperaturu 24 dərəcədən çox olan dəniz suyunda zərərli mikroorqanizmlər sürətlə çoxalmağa başlayır.

Mif 3. Dənizdə çimmədən sonra yuyunmamaq

Belə bir təzadlı fikir var ki, dənizdə çimmədən sonra yuyunmağa ehtiyac yoxdur, çünki dəridə qalan dəniz duzu sağlamlaşdırma prosesini davam etdirir.

Doğrudur, dənizdən çıxandan sonra suyun təsiri hələ təqribən 20-30 dəqiqə davam edir. Lakin orqanizmin hüceyrələri dənizdə üzmə zamanı çoxlu toksin ifraz edir və bu toksinlər yuyulmalıdır.

Əgər dəridə xora və yaralar varsa, onda dəniz suyu aşındırıcı təsir göstərib dermatoz deyilən dəri xəstəliyi törədə bilər.

Bundan əlavə, hər dəniz suyunun təmiz olması ilə öyünə bilməz, qələbəlik şəhər çimərliklərində vəziyyət xüsusilə bərbaddır.

Əgər saçlarınız boyalıdırsa, onları islatmamaq, yaxud dənizdən çıxandan dərhal sonra yumaq lazımdır. Dəniz duzu yalnız saç dibi yağlı olan insanlara kömək edir.

Mif 4. Dəniz suyunda xalis yod yoxdur

Dəniz suyu sinir sisteminin müalicəsində istifadə olunan yod-bromla zəngindir. Bu maddənin dəniz suyunda konsentrasiyası optimaldır. Buna görə də dənizdə çimmək hətta ən əsəbi şəhər sakinini sakitləşdirir.

Qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlərin sahildə istirahəti həkimin təyin etdiyi preparatlarla uyğunlaşdırmalıdır.

Mif 5. Burun-udlağı dəniz suyu ilə müalicə etmək

Bu, həm mif, həm də həqiqətdir. Əslində, dəniz suyu zərərli bakteriyalar üçün əlverişsiz mühitdir, onun tərkibində antiseptik və antibakterial təsirli komponentlər var.

Burun-udlağın dəniz suyu ilə yaxalanması nəzəri cəhətdən iltihabi xəstəliklərin müalicəsinə kömək etməlidir.

Lakin limanlarda və qələbəlik yerlərdə dəniz suyu o qədər çirklənib ki, belə su ilə yaxalama mikrobların bəzilərini təmizləsə də, orqanizmi daha təhlükəli viruslara yoluxdura bilər.

Ən təmiz dəniz suyu sahildən uzaqda iki min metrdən çox dərinlikdədir.

Mif 6. İçərisində dəniz suyu olan hovuz və vannalarda çimmə dənizdə çimməni əvəz edir

Dəniz suyu təbii mühitindən kənarda öz faydalı xüsusiyyətlərini 24 saatdan çox saxlaya bilmir. Dəniz suyu doldurulmuş hovuzda çimmə yalnız o halda faydalı ola bilər ki, onun içindəki su hər gün dəyişdirilsin.

Bir də, hovuzlardakı suya adətən xlor qatılır və bu da dəniz suyunun faydalı xüsusiyyətlərinin çoxunu məhv edir.

Hələlik dünyanın heç bir laboratoriyası dəniz suyunun təbii tərkibini süni şəkildə yarada bilməyib.

Mif 7. Dəniz suyunun duzluluğu nə qədər çox olsa, bir o qədər faydalıdır.

Yanlış fikirdir. Duzun yüksək konsentrasiyası yalnız müəyyən xəstəliklərin müalicəsində faydalıdır. Məsələn, Ölü dənizdə çimmə ciddi dəri xəstəliklərindən əziyyət çəkənlərə faydalıdır.

Duzluluq səviyyəsi aşağı, bir litr suda təqribən 18-20 milliqram olan dəniz suyu isə hamıya faydalıdır. скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 447 12.08.19 13:19